Şahmatçılarımız “Xəzər Open” turnirində iştirak ediblər
İranın Rəşt şəhərində XII Beynəlxalq “Xəzər open” şahmat turniri başlayıb.

“A” turnirində 110 şahmatçI, o cümlədən 9 qrossmeyster iştirak edir. Azərbaycanı bu turnirdə əsas qrupda Azər Mirzəyev, Misrəddin İsgəndərov, Urfan Sevdimalıyev, Anar Ələkbərov, Ramil Allazov, İsmayıl Şahəliyev və Azad Dalğı təmsil edirlər.
Azərbaycandan 58 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi ilə 9 turda keçiriləcəkdir.

Xəbər 1048 dəfə oxundu.