İtaliya kuboku: "Fiorentina" finalda | |
Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Bu gün "Fiorentina" və "Udineze" komandaları üz-üzə gəlib. İlk oyununda rəqibinə 1:2 hesabı ilə uduzan "Fiorentina" bügünkü qarşılaşmada 2:0 hesablı qələbə qazanaraq, finala yüksəlib. Qeyd edək ki, digər finalçı bu gecə keçiriləcək "Napoli" - "Roma" matçından sonra bəlli olacaq. 11 fevral İtaliya kuboku, yarımfinal mərhələsinin cavab oyunları "Fiorentina" - "Udineze" - 2:0 (İlk oyun - 1:2) Qollar: Paskual, 14 (1:0), Quadrado, 61 (2:0) 12 fevral "Napoli" - "Roma" (İlk oyun - 2:3) |
|
Xəbər 927 dəfə oxundu. |
|
|