"Fənərbaxça"nın daha bir futbolçusu sıradan çıxdı | |
Türkiyənin "Fənərbaxça" klubunun daha bir futbolçusu sıradan çıxıb. Portuqaliyalı yarımmüdafiəçi Raul Meyreleş dünən baş tutan məşqdə zədələnib. Onun zədəsinin nə dərəcədə ciddi olması həkimlərin bugünkü müayinəsindən sonra bilinəcək. Qeyd edək ki, Əmrə Bələzoğlu, Kristian Baroni, Musa Sou və Pier Vebo da zədə səbəbindən İstanbul klubuna kömək edə bilmir. |
|
Xəbər 947 dəfə oxundu. |
|
|