Seneqalda qılıncoynatmanın sabliya növü üzrə dünya kuboku yarışları keçirilib | |
Seneqalın paytaxtı Dakarda qadınlar arasında qılıncoynatmanın sabliya növü üzrə dünya kuboku yarışları keçirilib. İlk görüşdə Fransa millisinə məğlub olan qılıncoynadanlarımız daha sonra Honkonq komandasına qalib gəlmişlər. Meksika kollektivi ilə görüşdən də məğlub ayrılan komandamız 14 ölkə arasında onuncu olmuşdur. Millimiz yalnız İspaniya, Honkonq, Qazaxıstan və Seneqalı qabaqlaya bilmişdir. Dakarda keçirilmiş şəxsi yarışlarda isə Azərbaycan təmsilçisi Səbinə Mikina 28-ci olmuşdur. |
|
Xəbər 1810 dəfə oxundu. |
|
|