İdman ictimaiyyəti müstəqilliyin 20-ci ildönümünü qeyd edir | |
Oktyabrın 12-də Gənclər və İdman Nazirliyinin akt zalında Azərbaycanın Dövlət Müstəqilliyinin 20 illiyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Ölkənin idman ictimaiyyəti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) müəllim və tələbə heyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıb. Müasir tariximizin son 20 ilində yaşanan müstəqilliyin nailiyyətlərindən söz açıb, bu iki onillikdə ölkənin idman həyatında baş verən inkişafın təməlinin qoyulmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib. ADBTİA-nın rektoru, Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti professor Ağacan Abıyev müstəqillik illərində ölkədə olimpiya hərəkatının inkişafı, idmançılarımızın 4 yay olimpiya oyunlarındakı çıxışları, əldə olunan nailiyyətlərin silsiləvi artımı barədə danışıb. ADBTİA-nın prorektoru Dilqəm Quliyev öz çıxışında Azərbaycan idmançılarının müstəqillik illərində beynəlxalq arenalarda qazandıqları mükafatların müqayisəli statistik təhlilini verib. Tədbirdə Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Fuad Hacıyev, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vaqif Əliyev və başqaları çıxış etdilər. |
|
Xəbər 1412 dəfə oxundu. |
|
|