Berti Foqts "Böyük oyun"dan danışdı | |
"Ümumilikdə oyun yaxşı səviyyədə keçdi. Heç-heçə "Xəzər Lənkəran" üçün uğurlu nəticə oldu". İdman.com.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts Topaz Premyer Liqanın 20-ci turunda baş tutan "Xəzər Lənkəran" - "Neftçi" (2:2) oyununu şərh edərkən deyib. O, "Neftçi"ni oyunda üstün tərəf hesab edib: "Bununla belə, "Xəzər Lənkəran"ın da futbolçularının mübarizliyini qeyd etmək lazımdır. Onlar sona qədər təslim olmadılar və son dəqiqələrdə hesabı bərabərləşdirdilər. Futbolda heç zaman məğlubiyyətlə barışmaq olmaz". |
|
Xəbər 788 dəfə oxundu. |
|
|