Topaz Premyer Liqasında mövsümün yeni rekordu | |
Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. İdman.com.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 20-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidir. Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi. Qeyd edək ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib. |
|
Xəbər 817 dəfə oxundu. |
|
|