Tələbələr arasında şahmat turniri keçirilib

Oktyabrın 12-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq, Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri arasında şahmat turniri keçirilib. İsveçrə sistemi üzrə şəxsi və komanda şəklində keçirilən yarışda 48 nəfər tələbə mübarizə aparıb. Yarışın nəticələrinə görə, şəxsi oyunlarda I yeri Namiq Orucov tutub. II və III yerlərə müvafiq olaraq, Xeyrulla Behbudov, Emil Cəlilov yiyələnib. Komanda oyunlarında isə I yerə “Bakı”, II yerə “Məşəl”, III yerə “Xudafərin” komandası layiq görülüb.
Sonda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1029 dəfə oxundu.