Mario Balotelli ata oldu | |
İtaliya milli komandasının və “Milan” klubunun futbolçusu Mario Balotelli model Rafaella Fikonun dünyaya gətirdiyi Pia adlı qızın atası olduğunu qəbul edib. DNA testinin nəticələri açıqlandıqdan sonra qalmaqallı hücumçu Ata olmağa razılaşıb. Halbuki Balotelli Fiko ilə birgə olduğu vaxtlarda sevgilisinin hamiləliyindən şübhələnib. O, dekabrın 6-da doğulan uşağın ondan olduğuna inanmayıb. Bununla belə, 24 yaşlı forvard Piaya qayğı göstərəcəyini açıqlayıb. Lakin testin nəticələri açıqlanandan sonra yığma üzvünü rahat nəfəs alıb. Balotelli “Twitter” səhifəsində yazıb: “Nəhayət, həqiqət: Pia - mənim şirin qızım. Atan”. Qeyd edək ki, Rafella Fiko 2008-ci ildə qızlığını 1 milyon avroya satışa çıxarıb. Onun adı İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilə seks-gecələrdə hallanıb. Fiko Portuqaliya yığmasının və İspaniya “Real Madrid”inin futbolçusu Kriştianu Ronaldu ilə də 1 ilədək görüşüb. İtaliyalı gözəlçənin Mario Balotelli ilə münasibətləri isə qaradərili futbolçunun müntəzəm xəyanətləri üzündən pozulub. Lent.az |
|
Xəbər 1229 dəfə oxundu. |
|
|