Mançini "Mançester Siti"dən yüksək məbləğdə təzminat alıb | |
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini keçmiş klubu "Mançester Siti"dən yüksək məbləğdə təzminat alıb. İtaliyalı mütəxəssisin imzaladığı beş illik müqaviləni ləğv etmək üçün Premyer Liqa təmsilçisi çalışdırıcıya 10 milyon funt-sterlinq ödəyib. Bu məbləğ isə indiyə kimi İngiltərədə heç bir məşqçiyə verilməyib. Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasında uğursuz çıxışa görə ötən il Mançini ilə yolları ayırmışdı. |
|
Xəbər 917 dəfə oxundu. |
|
|