Cəzaçəkmə müəssisəsində “Breyn-rinq” intellektual oyunu | |
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində “Breyn-rinq” intellektual oyunu keçirilib. Dairəvi sistem üzrə keçirilən intellektual oyunda hər birində 8 nəfər olmaqla 6 komanda iştirak edib. Yekun nəticələrə görə I yeri "Vətən", II yeri “Uğur”, III yeri “Zəfər” komandası tutub. İntellektual oyunda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. |
|
Xəbər 2570 dəfə oxundu. |
|
|