"Arsenal"dan "Şalke"nin futbolçusuna 30 milyon avro
Hücum xəttini gücləndirməyi planlaşdıran İngiltərənin "Arsenal" klubu növbəti hədəfini açıqlayıb.

London təmsilçisi "Şalke"nin hücumameyilli yarımmüdafiəçisi Julian Drakslerə "elçi" düşüb.

"Arsenal"ın baş məşqçisi Arsen Venger israrla 20 yaşlı futbolçunu komandasında görmək istəyir. Fransız mütəxəssis Draksleri zədədən əziyyət çəkən Teo Uolkotun alternativi kimi görür. "Topçular"ın gənc oyunçu üçün 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, "Şalke" yetirməsi olan almaniyalı futbolçu 2011-ci ildən əsas komandada forma geyinir.

Xəbər 1095 dəfə oxundu.