Kapello Rusiya millisi ilə müqaviləni uzatdı
Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının baş məşqçisi Fabio Kapello ilə müqaviləni yeniləyib.

67 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti 2018-ci ilin yayında keçiriləcək dünya çempionatının final mərhələsinin bitəcəyi günə qədər uzadılıb.

Xatırladaq ki, F.Kapellonun RFİ ilə bundan öncəki müqaviləsi 2014-cü ilin iyulun sonunda başa çatırdı.

Xəbər 862 dəfə oxundu.