Xavi "Barselona"da 700-cü matçına çıxdı
"Barselona"nın futbolçusu Xavi Hernandez Kataloniya klubu ilə 700-ci rəsmi matçına çıxıb.

Təcrübəli yarımmüdafiəçi İspaniya kubokunda "Qetafe" ilə cavab qarşılaşmasında 70-ci dəqiqədə oyuna daxil olub.

Bu görüş onun karyerasında yubiley matçı olub.

Qeyd edək ki, "Barsa"nın ən çox forma geyinən futbolçusu olan Xavi Kataloniya klubunda ilk oyununa 1998-ci ildə çıxıb. 34 yaşlı yarımmüdafiəçi indiyə kimi 83 qol vurub. O, "Barsa" ilə 21 kubok qazanıb.

Xəbər 913 dəfə oxundu.