“Simurq” klubu bir futbolçusunu icarəyə verəcək | |
Zaqatalanın “Simurq” klubu bir futbolçusunu icarəyə verməyə hazırlaşır. Söhbət gənc oyunçu Ruslan Getmandan gedir. “Neftçi”nin canlı əfsanələrindən olan, hazırda “Simurq”un məşqçi heyətində yer alan İqor Getmanın oğlu olan Ruslan oyun təcrübəsi qazanmaq üçün Neftçala təmsilçisinin düşərgəsinə gedir. Komanda ilə birgə Antalya toplanışına gətirilməyən oyunçu özü də birinci divizionun iddialı klubu “Neftçala”da oynamaqda maraqlıdır. |
|
Xəbər 873 dəfə oxundu. |
|
|