Sərgən Yalçın istefa verdi
"Qaziantepspor"un baş məşqçisi Sərgən Yalçın istefa verib.

Gənc mütəxəssis klubun şöbə müdiri Mustafa Kızılla mübahisənin ardından ayrılmaq qərarı verib. İstədiyi mövqələrə transferlər olmasını istəyən S.Yalçının bu təklifini rəhbərlik müsbət qarşılaşmayıb. Bundan sonra isə baş məşqçisi futbolçularla vidalaşaraq İstanbula qayıdıb.

S.Yalçının istefası ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Qeyd edək ki, ötən ilin noyabr ayından "Qaziantepspor"u çalışdıran S.Yalçın komandası ilə 4 qalibiyyət, 1 məğlubiyyət və 1 bərabərlik əldə etmişdi.

Xəbər 903 dəfə oxundu.