"İnter" Antalyada hazırlıqlarını davam etdirir
Bakının "İnter" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 11-də Hollandiya klubu NWC(Asten) ilə oyundan sonra futbolçularına bir günlük istirahət verən "İnter"in baş məşqçisi Kaxaber Sxadadze ötən gün komandasını yenidən iki dəfə meydana çıxarıb.

Səhər məşqi isinmə hərəkətlərilə başlayıb və müxtəlif fiziki hərəkərləri özündə ehtiva edən məşğələlərlə davam edib.

Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq komandanın ikitərəfli oyun keçirməsilə başa çatıb.

Xatırladaq ki, komanda növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. "İnter"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.

Xəbər 1119 dəfə oxundu.