Vüqar Həşimovla vida mərasimi sabah olacaq | |
Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişmiş azərbaycanlı qrossmeysterlə vida mərasimi sabah olacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-dan başlanılacaq. 3 saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. |
|
Xəbər 1058 dəfə oxundu. |
|
|