Xerardo Martino "Atletiko" ilə oyunöncəsi açıqlama verib | |
"Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqada "Atletiko" ilə oyunöncəsi açıqlama verib. O, 5 ay əvvəl ölkə suberkubokunda Madrid klubu ilə oynadıqları zaman daha yaxşı formada olduqlarını deyib: "Həmin matçda istədiyimizi əldə etmişdik. O görüşə bənzər bir qarşılaşma izləyə bilərik. Amma 5 ay əvvəl daha yaxşı idik. "Atletiko" isə günü-gündən daha da güclənir. Qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Hetafe" ilə matçda yarım saat oynayan futbolçusu Lionel Messinin bu görüşdə oynayıb-oynamayacağı haqda da danışan X.Martino bildirib: "Hetafe" ilə maçtda o, möhtəşəm oyun nümayiş etdirdi. Belə bir çətin görüşdə onun start heyətdə meydana çıxıb-çıxmayacağı ilə bağlı hələlik qərarımı verməmişəm. Ondan özünü necə hiss etdiyini soruşacam. Oyuna start heyətdə başlayan hər futbolçu sona qədər meydanda qalmaq istəyir. Buna görə çox düşünəcəm". |
|
Xəbər 967 dəfə oxundu. |
|
|