Aquero tez sağaldı | |
"Mançester Siti"nin zədəli futbolçusu Serxio Aqueronun durumu yaxşılaşıb. Dekabrın 16-da zədələnən və iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilən argentinalı hücumçu daha tez komandasına kömək edə biləcək. Klubun baş məşqçisi Manuel Pelleqrini Aqueronun bir neçə həftəyə matçlarda iştirak edəcəyini deyib: " Aquero çalışmalara başlayıb. O, artıq sağalır. Bu isə bizim üçün çox önəmlidir". Bununla da Aquero Çempionlar Liqasında "Barselona" isə matçda oynaya biləcək. Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm 20 matçda iştirak edib və 19 qol vurub. |
|
Xəbər 895 dəfə oxundu. |
|
|