Azərbaycan boksçusu London Olimpiadasına lisenziya qazanıb

Oktyabrın 4-də boks üzrə dünya çempionatında Azərbaycan boksçuları arasında birinci olaraq Avropa çempionu Salman Əlizadə (48 kq çəki dərəcəsi) çıxıb. “A” rinqində çıxış edən Əlizadə bu mərhələdə öz rəqibi, Tailand nümayəndəsi Kayeo Ponqprayuna 8:23 hesabı ilə uduzub.

Sonra digər nümayəndəmiz Heybətulla Hacalıyev (64 kq) “B” rinqinə çıxıb. 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olmuş Hacalıyev özbək Sanjarbek Rahmonovla mübarizədə inamlı qələbədən sonra 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya lisenziya qazanıb.

AzərTAc

Xəbər 1293 dəfə oxundu.