İdmançımız Türkiyənin I Divizion klublarından birinə gedir
Vaxtikən "Qəbələ"nin şərəfini qoruyan yarımmüdafiəçi Şəhriyar Xəlilov Yuri Syominin gəlişindın sonra komandanın əsas heyətində özünə yer tapa bilmədi və baş məşçi tərəfindən əvəzedici heyətə göndərilmişdi. Ancaq, Yuri Syomin onu ümumiyyətlə komandadan göndərdi.

Əldə etdiyimiz son məlumata görə, Şəhriyar Xəlilov Türkiyənin I Divizion klublarından birinə gedir. Artıq PTT klubu futbolçu ilə danışıqlar aparır. Yaxın günlərdə bu keçidin rəsmiləşməsi və ya yarımçıq qalması barədə məlumatı sizə təqdim edəcəyik.

Xəbər 857 dəfə oxundu.