Qardaşlar itkisiz irəliləyirlər | |
Boks üzrə dünya çempionatında Türkiyə milli komandasına daha bir qələbəni 64 kq çəki dərəcəsində mübarizə aparan Onur Sipal qazandırıb. O, ilk döyüşdə Nikaraqua nümayəndəsi Luis Amadoru 16:5 hesabı ilə məğlub edib. İdman.com.az saytının məlumatına görə, Türkiyə yığmasının ən təcrübəli üzvlərindən olan Onur 2008-ci ildə Pekin olimpiadasında da mübarizə aparıb: “3 il öncə olimpiya oyunlarına vəsiqə qazansam da, mükafatçılar sırasına düşə bilmədim. Bu dəfə Bakıda lisenziya qazanıb, Londonda fərqlənmək istəyirəm”. Boksçu yarışın Bakıda keçirilməsinin onlar üçün əlavə üstünlük olduğunu deyib: “Hamı gördü ki, tribunalara toplaşmış azarkeşlər mənə necə dəstək oldular. Özümü Türkiyədəki kimi hiss etdim. Bütün seyrçilərə təşəkkür edirəm. İstərdim ki, dünya çempionatında əksər medalları Türkiyə və Azərbaycan boksçuları qazansın”. Qeyd edək ki, Onurun qardaşı Öndər Sipal da milli komandanın heyətindədir. O, 69 kq çəki dərəcəsində dünya çempionatında ilk qarşılaşmada Polşa idmançısını məğlub edib. |
|
Xəbər 1368 dəfə oxundu. |
|
|