"Tottenhem" Andre Villaş-Boaşla yolları ayırdı | |
"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşı istefaya göndərib. Bu barədə klubu rəsmi saytı məlumat yayıb. Portuqaliyalı çalışdırıcı ilə qarşılıqlı razılaşma ilə müqavilənin ləğv olunduğu bildirilib. Komandanın son oyunlarda böyükhesabla məğlub olması A.Villaş - Boaşla yolların ayrılmasına səbəb olub. Qeyd edək ki, gənc mütəxəssis son açıqlamasında "Tottenhem"dən getməyəcəyini bildirmişdi. |
|
Xəbər 906 dəfə oxundu. |
|
|