"Barselona"nın qapıları Qvardiola üçün hər zaman açıqdır" | |
"Barselona"nın prezidenti Sandro Rosell Kataloniya klubunun keçmiş məşqçisi olan və hazırda "Bavariya"nı çalışdıran Pep Qvardiola haqda danışıb. O deyib ki, ispan mütəxəssisə klubun qapıları hər zaman açıqdır: "Barsa" tarixinin ən yaxşı baş məşqçisi Qvardiola idi. Klubun qapısı ona hər zaman açıqdır". Qeyd edək ki, P.Qvardiola 2012-ci il aprelin 27-də "Barselona"dan ayrılıb. O, ötən mövsümün yanvar ayı "Bavariya" ilə müqavilə imzalayıb. |
|
Xəbər 911 dəfə oxundu. |
|
|