"Qalatasaray"ın 1/8 finaldakı potensial rəqibləri bəlli oldu | |
Çempionlar Liqasının qrup mərhələsinin son turunda evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub etməklə 1/8 finala yüksələn "Qalatasaray"ın bu mərhələdəki potensial rəqibləri müəyyənləşib. B qrupundan ikinci olaraq növbəti mərhələyə adlayan "Cim Bom" 1/8 finalda digər 7 qrupun qaliblərindən biri ilə qarşılaşacaq. Bu rəqiblər arasında "Mançester Yunayted", PSJ, "Bavariya", "Atletiko" (Madrid) və "Real" (Madrid) kimi komandalar var. "Qalatasaray"ın digər üç potensial rəqibinə isə ÇL-in qrup mərhələsinin son turunda bu aşxam baş tutacaq oyunlardan sonra aydınlıq gələcək. "Qalatasaray"ın 1/8 finaldakı potensial rəqibləri: I səbət: "Mançester Yunayted" (İngiltərə) PSJ (Fransa) "Bavariya" (Almaniya) "Atletiko" (Madrid) "Real" (Madrid) II səbət: "Qalatasaray" (Türkiyə) "Bayer" (Leverkuzen) "Mançester Siti" (İngiltərə) |
|
Xəbər 874 dəfə oxundu. |
|
|