Bakı kuboku: 2 qızıl, 2 gümüş medal | |
IWF-in qran-pri yarışı çərçivəsində keçirilən 2-ci beynəlxalq Bakı kubokunda dünən 4 ağırlıqqaldıranımız fəxri kürsüyə çıxıb. İdman.com.az xəbər verir ki, titullu idmançımız Valentin Xristovun (62 kq) bütün rəqiblərini qabaqlayaraq, qızı medal qazanıb. O, cəmdə 292 kq-ın (127 kq + 165 kq) öhdəsindən gəlib. Bu çəkidə mübarizə aparmış digər atletimiz Yuri Dudoqlo 283 kq (126 kq + 157 kq) nəticə ilə 2-ci olub. Qadınların mübarizəsində 53 kq çəki dərəcəsində mübarizə Kristina Yovu yarışın favoriti idi. Onun çıxışından sonra, mütəxəssislərin ehtimalları özünü doğrultdu. Dünya çempionatının gümüş mükafatçısı toplamda 208 kq (95 kq + 113 kq) ağırlığın öhdəsindən gələrək, qalibi adına qazanıb. Bu çəkidə rəqabət aparan Yuliya Derkaç isə, gözlənilmədən fəxr kürsünün 2-ci pilləsinə qalxmağı bacarıb. Birdən qaldırmada 4-cü olan atletimiz, təkanla hərəkətdə daha yaxşı çıxış etdi: 192 kq (85 kq + 107 kq) nəticə ilə gümüş medala yiyələndi. |
|
Xəbər 1332 dəfə oxundu. |
|
|