Prandelli: "Ən çətin qrupa düşdük"
"Ən çətin qrupa düşdük. Ancaq bunun üçün əsəbiləşməyə ehtiyac yoxdur. Əsas odur ki, dünya çempionatındayıq. Qrupumuzda dünyanın üç böyük komandası var. Kosta Rikanı da zəif rəqib kimi görməmək lazımdır. Çox vaxt İtaliya çətin qruplara düşən də daha yaxşı nəticə əldə edir. Ötən il Konfederasiyalar kubokundada belə olmuşdu".

Bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli DÇ-2014-ün püşkatmasını dəyərləndirərkən deyib.

O, havanın isti olmaslnln və uzaq məsafələrin komandasına çətinlik yaradacağını bildirib: "Fiziki cəhətdən yaxşı səviyyədə olmalıyıq. Çünki isti hava və uzaq məsafələr bizə problemlər yaşadacaq. 23 futbolçuya ehtiyacım olacaq".

Xəbər 921 dəfə oxundu.