Martin Sol istefaya göndərildi | |
İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Martin Sol istefaya göndərilib. Bu barədə klubun sahibi Xan Martin qərar qəbul edib. Klub sahibi "Onun səylərini təqdir edirik. Amma qazandığımız nəticələr bizi təəssüfləndirir. Azarkeşlərimiz daha artığına layiqdi. Qarşıda yarım mövsümdən artıq zaman var və təcili dəyişikliklərə əl atmağa məcburuq" deyib. Xan Martin Rene Meulensteenin yeni baş məşqçi təyin olunduğunu bildirib. Qeyd edək ki, 49 yaşlı Meulensteen 2007-ci ildən ötən mövsümün sonunadək "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olmuşdu. |
|
Xəbər 715 dəfə oxundu. |
|
|