"Bakı" "İnter"lə oyunun hazırlıqlarını tamamladı | |
Sabah (30 noyabr 2013) Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Bu oyuna hazırlıqlarının davam etdirən “zolaqlılar” saat 11:00-da oyunöncəsi son məşqinə çıxıb. İsinmə hərəkətləri ilə başlayan hazırlıq Kamran Ağayevin də iştirak etdiyi “kvadrat” təmrini ilə davam edib. Ardından futbolçular mərkəz dairədə topla əyləncəli qaç-tut tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib. Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub. Onu da qeyd edək ki, Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər. Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib. |
|
Xəbər 877 dəfə oxundu. |
|
|