Ronaldo qayıdır | |
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı oyunlarda meydana çıxa biləcək. Bu barədə portuqaliyalı futbolçunun həkimi açıqlama verib. Artıq zədəsini sağaldan Ronaldonun La Liqanın 15-ci turunda "Vilyareal"a qarşı oyunda iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, La Liqanın son turunda "Almeriya" ilə görüşdə zədələnən Ronaldo Çempionlar Liqasında "Qalatasaray"la matçı buraxmalı olmuşdu. |
|
Xəbər 783 dəfə oxundu. |
|
|