FİFA Ukrayna millisini cəzalandırdı
Ukrayna millisi DÇ-2018-in ilk matçını azarkeşsiz oynayacaq.

Yığma dünyanın ali futbol qurumu tərəfindən cəzalandırılıb. Buna millinin azarkeşlərinin DÇ-2014-ün seçmə mərhələsində San Marino ilə oynanılan matçda irqçi şüarlar səsləndirməsi səbəb olub.

Bundan başqa, Ukrayna FİFA-ya 45 min İsveçrə frankı ödəməli olacaq.

Xəbər 796 dəfə oxundu.