"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşla yolları ayıra bilər
"Tottenhem" baş məşqçisi Andre Villaş-Boaşla yolları ayıra bilər.

Komandanın son turda "Mançester Siti"yə 0:6 hesabı ilə məğlub olması klub rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

Bundan başqa, portuqaliyalı mütəxəssisin qarşılaşmadan sonra futbolçularına "onlar utanmalıdırlar" ifadəsini səsləndirməsi oyunçuların da əhvalının pozulmasına səbəb olub.

Əgər "Tottenhem" bazar günü "Mançester Yunayted"lə matçda da məğlub olarsa, A.Villaş-Boaş istefaya göndəriləcək.

Xəbər 876 dəfə oxundu.