Bakıda “Formula-1” yarış avtomobilləri maraqla qarşılandı | |
Noyabrın 24-də Bakıda “Baku World Challenge” yarışı çərçivəsində dünya səviyyəli möhtəşəm idman şousu - klassik “Formula -1” avtomobillərinin yarışı keçirilib. “Baku World Challenge” final yarışından əvvəl keçmiş “Formula-1” pilotları Azərbaycan paytaxtında özlərini “Porsche 911 GT3-R” avtomobillərində sınamışlar. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilmişdir. Yarışda 1970 və 1980-ci illərin bolidlərinin səsi tamaşaçıları heyran etmişdir. Yarışları izləməyə gələn çoxsaylı tamaşaçılar möhtəşəm şou və yarışa böyük maraq göstərdiklərini öz dəstəkləri ilə sübut ediblər. |
|
Xəbər 739 dəfə oxundu. |
|
|