“Baku World Challenge” avtorallisinin yekunları müzakirə edildi | |
Noyabrın 24-də “Baku Crystal Hall”un mətbuat mərkəzində “Baku World Challenge” avtorallisinin qaliblərinin yarışın yekunlarına dair mətbuat konfransı keçirilmişdir. Konfransda noyabrın 24-də yarışda yüksək nəticə göstərən Belçikanın “Audi Club” komandasının “Audi R8” avtomobillərində mübarizə aparan pilotları Laurens Vantur və Stefan Ortelli, Fransanın “Hexis Racing” komandasının “McLaren”dəki pilotları Kevin Estre və Rob Belle, Almaniyanın “HTP Gravity Charouz” komandasının “Mercedes” ilə qatılmış pilotları Alon Day və Maksimilian Buhk “Baku World Challenge” haqqında təəssüratlarını bölüşmüşlər. Mətbuat konfransında Laurens Vantur bildirmişdir ki, birinci yerə çıxmaq möhtəşəm bir hissdir. Bakıda bu qalibiyyəti əldə edə bilməyimiz komandamız üçün böyük addımdır. Stefan Ortelli demişdir ki, bu yarışda qalib olmağımız, uğurun bu gün bizim tərəfdaşımız olmasından asılı idi. Komandamız yüksək səviyyədə yarışmışdır və nəticə göz qabağındadır. Komandamızın üzvləri belə gözəl yarışa görə təşkilatçılara təşəkkürlərini bildirirlər. Kevin Estre qeyd etmişdir ki, komandamız yarışda çox yaxşı iştirak etdi. Çox çətin bir yürüş idi. Bu fantastik yarışda ikinci yeri tutmağımız komandamız üçün mühüm qələbədir. Rob Belle demişdir ki, iki gün ərzində Bakıda çox xoş aura var idi. Gözəl yarış keçirdiyimiz üçün çox xoşbəxtəm. Alon Day bildirmişdir ki, soxsaylı problemlərə baxmayaraq üçüncü yeri qazana bildik. Maksimilian Buhk isə demişdir ki, bu yarış təhlükəli döngələrlə yaddaşında qalmışdır. Finalda komandamız ötən gün etdiyi səhvlərə baxmayaraq üçüncü yerə çıxa bildi. |
|
Xəbər 1035 dəfə oxundu. |
|
|