"Liverpul"un futbolçusundan "Barselona" açıqlaması
"Liverpul" klubunun müdafiəçisi Daniel Agger "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Danimarkalı futbolçu daha 4 il "Liverpul"da qalacağını deyib:

"Hər hansı bir klubdan təklif aldığınızda həyəcanlanmağınız gərəkir. Əgər "Barselona" kimi klubdan təklif aldıqda həyəcanlanmırsınızsa, deməli insan deyilsiniz. Təbii ki, "Barselona"dan təklif almaq çox xoşdur. Ancaq burada mənim qalmamı istəyirlərsə, onlara sadiq qalmağı üstün tuturam. Yox əgər mənə komandadan ayrılmağın daha yaxşı olar desəydilər, o zaman hər şey fərqli olardı. Ancaq mən daha 4 il "Liverpul"da qalacağam".

Qeyd edək ki, Agger 2005/2006 mövsümündə "Brondbü" klubundan "Liverpul"a transfer olunmuşdu.

Xəbər 842 dəfə oxundu.