Mourinyo "Milan"ın futbolçusunu istəyir
"Milan"ın futbolçusu Mario Balotelli keçmiş baş məşqçisi Joze Mourinyo ilə yenidən çalışa bilər.

Portuqaliyalı mütəxəssis keçmiş futbolçusunu yenidən komandasında görmək istəyir.

İtaliya millisinin üzvünün də yenidən Mourinyo ilə birgə çalışmaq istədiyi bildirilir. Lakin "Milan" prezidenti Adriano Qalliani hələlik Balotellini satmaq niyyətində deyil. Belə ki, klub prezidenti Balotelliyə əvəzləyici tapdıqdan sonra hücumçunu "Çelsi"yə buraxacaqlarını açıqlayıb.

Qeyd edək ki, Mourinyo "İnter"də çalışarkən Balotellinin baş məşqçisi olub.

Xəbər 923 dəfə oxundu.