Luiş Fiqo komandanın idarə heyətində yer almasının mümkünsüz olduğunu bildirib | |
"Real" (Madrid) klubunun sabiq futbolçusu Luiş Fiqo komandanın idarə heyətində yer almasının mümkünsüz olduğunu bildirib. Fiqo bunu daha öncə klubun hazırki prezidenti Florentina Perezlə arasında olan ədavətlə əlaqələndirib: "Real"a qayıtmaq? Hazırda bu mümkünsüz görünür. Mən təklif olunan hər şeylə razılaşan biri deyiləm. Əgər kiminsə öz fikri var və qarşısındakını dinləmək istəmirsə, o zaman mübahisə qaçılmaz olur. Əminəm ki, "Real"da çıxış etdiyim dövrlərdə məhz Perezə görə ehtiyatda qalırdım. Perez bunu dəfələrlə inkar etsə də, əminəm ki, bu onun ideyası olub". Qeyd edək ki, Fiqo 2000-2005-ci illərdə "Real" klubunun şərəfini qoruyub. |
|
Xəbər 1106 dəfə oxundu. |
|
|