Aliyə gürzlərlə 4-cü oldu

Fransanın Monpelye şəhərində bədii gimnastika üzrə dünya çempionatı davam edir. Fərdi mübarizə aparan gimnastların ayrı-ayrı növlərdə yarışlarına artıq yekun vurulub. Azərbaycan gimnastlarından ən yaxşı nəticəni gürzlərlə çıxışda medalların bir addımlığında qalaraq 4-cü yeri tutan Aliyə Qarayeva göstərib. Lentlə çıxışda Aliyə 5-ci olub. Daha öncə idmançımız topla çıxışda 6-cı, halqa ilə 7-ci yeri tutmuşdu. Bütün növlərdə rusiyalı Yevgeniya Kanayeva qalib gəlib.
Bu gün gimnastlar fərdi çoxnövçülük proqramında yarışırlar. 24 gimnast dünya çempionatının medalları ilə yanaşı, London olimpiadasına vəsiqə uğrunda da mübarizə aparacaq. Onların sırasında Aliyə Qarayeva da var.

Xəbər 1234 dəfə oxundu.