Riberi: "Fransa yığmasında tək mən deyiləm"
Fransa yığmasının yarımmüdafiəçisi Frənk Riberi pley-off görüşündən öncə komandasının şanslarını qiymətləndirib.

Riberi onların dünya çempionatına çıxmaq üçün hələ də şanslarının qaldığını bildirib.

“Mən meydanda tək deyiləm. Komanda yoldaşlarıma güvənirəm. Biz bir yerdə səhvlərimizi düzəldə bilərik. Bizdə hər şey alına bilər. Bircə onu dəqiq deyə bilərəm ki, bu oyunda qalib gəlmək üçün texniki səviyyəmiz kifayət edir. Azarkeşlərin köməyi ilə hər şey yaxşı olacaq”.

Xatırladaq ki, Ukraynada keçirilən ilk oyunda Fransa 2:0 hesabı ilə məğlub olmuşdu.

Xəbər 953 dəfə oxundu.