Çennayda şahmat üzrə qrossmeysterlərin açıq turniri davam edir | |
Hindistanın Çennay şəhərində şahmat üzrə qrossmeysterlərin açıq turniri davam edir. İki turdan sonra turnirdə hərəyə 2 xal toplamış 16 oyunçu irəlidə gedir. Onların arasında azərbaycanlı Bəhruz Rzayev də vardır. Azərbaycanın ikinci nümayəndəsi Azər Mirzəyev liderlərdən yarım xal geri qalır. Üçüncü turda püşkatmanın nəticələrinə görə şahmatçılarımızın rəqibləri Hindistan idmançıları olacaqlar. B.Rzayev Viqneş İyerlə, A.Mirzəyev isə Raviçandran Sidxartla görüşəcəkdir. Turnirdə 124 şahmatçı, o cümlədən 28 qrossmeyster iştirak edir. Turnir İsveçrə sistemi üzrə 11 turda keçirilir. |
|
Xəbər 740 dəfə oxundu. |
|
|