TFF "Fənərbaxça"nı cəzalandırdı | |
"Fənərbaxça" klubu Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 150 min türk lirəsi dəyərində cəzalandırılıb. Buna klubun azarkeşlərinin Türkiyə Superliqasında "Qalatasaray"la matçda xoşagəlməz şüarlar səsləndirməsi səbəb olub. Bu, "Fənərbaxça"ya bir mövsüm ərzində eyni hərəkətə görə verilən üçüncü cəzadır. Əgər klub azarkeşləri bundan sonrakı hansısa matçda bu şüarları səsləndirməyə davam edərsə, İstanbul təmsilçisi azarkeşsiz oynamaqla cəzalandırılacaq. |
|
Xəbər 974 dəfə oxundu. |
|
|