Rusların əsas məqsədi Bakıda 10 lisenziya və 7 medal qazanmaqdır
Sentyabrın 26-da Bakıda start götürəcək boks üzrə dünya çempionatında planetin ən güclü heyətlərindən sayılan Rusiya millisinin qarşısında qoyulan vəzifə açıqlanıb. Komanda ümumilikdə 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmalıdır. «Ves sport» agentliyinə verdiyi açıqlamada Rusiya Boks Federasiyasının icraçı direktoru Yevgeni Sudakov onu da əlavə edib ki, bununla belə əsas məqsəd heç də medal qazanılması deyil – vəzifə London Olimpiya Oyunlarına 10 vəsiqə əldə etməkdir. Bunun üçün 8 çəki dərəcəsində 1/4, 49 kq-dək və 91 kq-dan artıq çəkilərdə isə 1/2 finala qədər irəliləmək lazımdır. Bu yarışda əsas vəzifənin öhdəsindən gələ bilməyən boksçunu qarşıdakı seçmə turnirlərdə başqaları əvəzləyəcək.

Xəbər 1093 dəfə oxundu.