"Borussiya" Nuri Şahini birdəfəlik transfer etmək istəyir | |
"Borussiya" heyətində icarə əsasında forma geyən "Real"ın futbolçusu Nuri Şahini transfer etmək istəyir. Madrid klubu ilə 2017-ci ilə qədər müqaviləsi olan türk yarımmüdafiəçini Dortmund təmsilçisi mövsümün sonuna qədər 1 milyon avroya icarəyə götürmüşdü. Nurinin son matçlardakı yaxşı çıxışından sonra klub onu birdəfəlik heyətinə qatmağa qərar verib. Bu məqsədlə "Borussiya”nın "Real"la 7.4 milyon avro ödəyəcəyi bildirilib. |
|
Xəbər 966 dəfə oxundu. |
|
|