"Fənərbaxça" prezidentliyinə daha bir namizəd | |
"Fənərbaxça"nın prezidenti Əziz Yıldırıma daha bir rəqib çıxıb. Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mehmet Ali Aydınlar İstanbul klubunda prezidentliyə namizəd olduğunu açıqlayıb. Xatırladaq ki, bundan əvvəl klubun konqresinin üzvü Farık İlqaz da namizədliyini irəli sürmüşdü. Qeyd edək ki, "Fənərbaxça"da yeni prezindentin kimliyi noyabrın 2-də məlum olacaq. |
|
Xəbər 918 dəfə oxundu. |
|
|