Azərbaycan Superkubok matçının hakimləri müəyyənləşdi
Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda oyuna təyinatlar açıqlanıb.

Naxçıvanda keçiriləcək oyun Rəhim Həsənova tapşırılıb.

23 oktyabr (çərşənbə)

“Xəzər Lənkəran” - “Neftçi”
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu,
15:00

Baş hakim: Rəhim Həsənov
Köməkçi hakimlər: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabbarov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov

Xəbər 1179 dəfə oxundu.