"Araz"ın UEFA kubokundakı rəqibləri məlum olub | |
Futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb. Bu mərhələdə dörd qrupa bölünmüş 16 komanda iştirak edəcək. Azərbaycan çempionu “Araz” D qrupuna düşüb. “Sportinq” (Portuqaliya), “Qyor” (Macarıstan) və “Eyndhoven” (Niderland) klubumuzun rəqibləri olacaq. Oyunlar Portuqaliyada keçiriləcək. Digər qrupların tərkibi: A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya), “Tanqo Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna). Oyunlar Çexiyada keçiriləcək. B qrupu: “Dinamo” (Rusiya), Litiya (Sloveniya), Slov-Matik (Slovakiya), Ekonomaç (Serbiya). Oyunlar Sloveniyada keçiriləcək. C qrupu: Kayrat (Qazaxıstan), “VitEn” (Belarus), “Tanqo” (Bosniya və Herseqovina), “Tullar” (Qazaxstan). Oyunlar Qazaxıstanda keçiriləcək. Xatırladaq ki, oyunlar 19-24 noyabr aralığında baş tutacaq. |
|
Xəbər 1170 dəfə oxundu. |
|
|