“Road to Baku” Lənkəranda

2009-cu ildən başlayaraq AİBA zəif inkişaf etmiş ölkələrin boksçularını öz hesabına dünya çempionatında iştirakını təmin edir. Bu dəfə də Beynəlxalq Boks Federasiyası “Road to Baku” – “Bakıya yol” adlı proqram təşkil edib. Sentyabrın 9-dan etibarən 28 ölkədən olan 48 boksçu və 20 məşqçi Lənkəran Regional Boks Mərkəzində təlim-məşq toplanışı keçirlər. Toplanışa WSB liqasında “Pohang Poseidons” komandasına rəhbərlik etmiş Mars Kuçkaryov rəhbərlik edir.

“Road to Baku” proqramında Baham, Latviya, Benin, Litva, Boliviya, Myanmar, Burkina Faso, Kambociya, Nauru, Kayman adaları, Nikaraqua, Dominikan, Niger, El Salvador, Panama, Qambiya, Sent-Lusiya, Qana, Sent-Vinsent və Qrenadina, Seneqal, Qvatemala, Şri Lanka, Kot-d-İvuar, Yamayka, Svazilend, Tacikistan, Qırğızıstan və Tonqadan olan boksçular yer alıb.

Yerli mütəxəssislərdən Salam Bağırov və Elnur Hacıyev də məşq prossesinə cəlb olunublar. Gündə 2 məşq keçən boksçuların toplanışı sentyabrın 22-ə kimi davam edəcək.

Xəbər 1469 dəfə oxundu.