"Rubin" futbolçusu ilə müqavilə yenilədi | |
"Rubin" (Kazan) klubunun futbolçusu Gökdəniz Qaradəniz komandası ilə müqavilə yeniləyib. Türkiyəli futbolçu 2016-cı ilə qədər "Rubin"in şərəfini qoruyacaq. Altı mövsümdür Kazan təmsilçisində çıxış edən Gökdəniz yeni müqavilə imzalaması ilə bunları deyib: "Bu müqavilə sadəcə formal xarakter daşıyır. "Rubin" hər zaman qəlbimdə xüsusi yer tutacaq". Qeyd edək ki, "Rubin"in heyətində 168 oyunda forma geyinən Gökdəniz 36 dəfə rəqib qapılarına yol tapıb. |
|
Xəbər 843 dəfə oxundu. |
|
|