"DÇ-2014"ün simvolik yığması müəyyənləşdi
Avropa zonası üzrə "DÇ-2014"ün seçmə mərhələsinin simvolik yığması müəyyənləşib.

Siyahıda ən çox Almaniya, Rusiya və Belçika millilərinin futbolçuları yer alıb.

Rusiyadan qapıçı İqor Akinfeyevlə, müdafiəçi Dmitri Kombarov, Almaniyadan Filipp Lam və Məsut Özil, Belçikadan isə Vensan Kompani ilə Yan Vertongen simvolik yığmaya düşüblər.

İspaniya, Hollandiya, Bosniya və Hersoqovina, Fransa və İtaliyadan hərəyə bir futbolçu siyahıda yer alıb.

Qapıçı: İqor Akinvefeyev (Rusiya)

Müdafiəçilər: Dmitri Kombarov (Rusiya), Filip Lam (Almaniya), Vensan Kompani (Belçika) və Yan Vertongen (Belçika)

Yarımmüdafiəçilər: Məsut Özil (Almaniya), Matyö Valbuena (Fransa), Daniele De Rossi (İtaliya)

Hücumçular: Pedro (İspaniya), Robin van Persi (Hollandiya) və Edin Dzeko (Bosniya və Hersoqovina).

Xəbər 977 dəfə oxundu.